ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında seçkilər keçirilib.
Modern.az-ın məlumatına görə, komitə sədrliyinə 2 deputatın namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində İsveç təmsilçisi Asa Lindestam komitənin sədri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev isə yenidən komitənin sədr müavini və qurumun Büro üzvü seçilib.
Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin Finlandiyadan olan üzvü Piya Kauma isə qurumun məruzəçisi vəzifəsinə seçilib.