Modern.az

ABŞ-dan açıqlama: “Ollandın təklifini qəbul edilsə, Əliyevlə Sarkisyan görüşəcək”

ABŞ-dan açıqlama: “Ollandın təklifini qəbul edilsə, Əliyevlə Sarkisyan görüşəcək”

Təhsil

2 İyul 2014, 09:56

“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidenti Fransua Ollandın dəvətini qəbul edərsə, onlar Parisdə görüş keçirəcəklər”.

Bu haqda informasiyanı ABŞ dövlət katibinin köməkçisinin müavini Brent Xartli yayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ilə ATƏT-in Minsk Qrupu məşğul olduğundan biz Azərbaycan və Ermənistana danışıqların müsbət sonluqla nəticələnməsi üçün kömək göstərməliyik. 

Brent Xartli bildirib ki, İsveçrə prezidenti Burkxalterin sülh danışıqlarına daha da yaxınlaşmaq üçün əməli işə keçmək çağırışını dəstəklənməlidir.

“Azərbaycanlılarla ermənilər arasında əlaqələrin qurulması sülhün tez əldə olunmasına dəstək verə bilər. ABŞ Minsk Qrupunun bir həmsədri kimi bu prosesin yüksək səviyyədə davam etdirilməsində çox maraqlıdır”, - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb. (anspress.com)

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu