Modern.az

““El” Hərəkatı ciddi şəkildə qurultaya hazırlaşır” – AÇIQLAMA

““El” Hərəkatı ciddi şəkildə qurultaya  hazırlaşır” – AÇIQLAMA

2 İyul 2014, 12:05


“El” Hərəkatının yaranmasından bir ildən də çox vaxt keçməsinə baxmayaraq təşkilat hələ də öz qurultayını keçirə bilməyib. Təşkilatın  rəsmiləri  dəfələrlə mətbuata açıqlamalarında qurultay keçirməkdə israrlı olduqlarını bildiriblər. Bəs qurultaya hazırlıq işləri nə yerdədir?

Hərəkatın sədr müavini Köçəri Nağıbəyli Modern.az saytına açıqlamasında  bu barədə danışıb. O, qurultaya ciddi hazırlıq işlərinin getdiyini bildirib.

Onun sözlərinə görə təşkilat artıq müyyən addımlar atmaqdadır və qurultay sentyabr-oktyabr aylarına planlaşdırılır.  “"El"  Hərəkatı qurulyatının payızda, sentyabr - oktyabr aylarında keçiriləcəyi gözlənilir. Biz bu barədə açıqlama vermişik. Onu əlavə edə bilərəm ki, bu istiqamətdə ciddi işlər aparırıq”,-deyə K. Nağıbəyli qeyd edib.  

Məltəm Talıbzadə

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu