“Dünyada ABŞ-ın hegemonluğu bitmək üzrədir. Amma bununla Vaşinqtonda razılaşa bilmirlər. “Soyuq müharibə”nin nəticələrinə görə danışıqlar stolu ətrafında oturub razılaşmaq lazımdır”. Modern.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurası Baş katibinin müavini Yevgeni Lukyanov deyib.
O bildirib ki, beynəlxalq səhnədə əsas oyunçular yeni oyun qaydalarını razılaşdırmaq üçün üçün bir araya gəlməlidir. Onun sözlərinə görə beynəlxalq siyasi aləmdəki əsas liderləri bir yerə toplamaq üçün qlobal konqres olmalıdır.
“Əks təqdirdə, razılıqlar əldə olunmayacaq. Bundan sonar isə dünya idarə olunmaz vəziyyətə gələcək və qarmaqarışıq olacaq”,-deyə Y. Lukyanov bildirib.
Aqşin Kərimov