Modern.az

Habil Əliyevin xanımı ərinin xəstəliyindən yazan jurnalistlər haqda danışdı

Habil Əliyevin xanımı ərinin xəstəliyindən yazan jurnalistlər haqda danışdı

2 İyul 2014, 13:21

“Habil müəllim əvvəlki vəziyyətinə baxanda çox yaxşıdır. Amma müalicəsi hələ də  davam edir. Həkim nəzarəti altındadır. Yanına gələnlər də var. Amma daha çox telefonla zəng edib halını xəbər alırlar. Hamısı sağ olsunlar”.
Bunu Modern. az saytına açıqlamasında xalq artisti, kaman ifaçısı Habil Əliyevin həyat yoldaşı Şərqiyyə xanım  bildirib.
Qeyd edək ki, qocaman sənətkar  bir neçə  həftə bundan qabaq tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib. İki gündən sonra evə buraxılan H.Əliyev o vaxtdan müalicəsini davam etdirir. Xanımı Ş.Əliyeva həyat yoldaşının adından onun üçün narahat olan  dövlət rəsmiləri, sənət adamları və jurnalistlərə təşəkkürünü bildirib:
“Dövlətimiz sağ olsun ki, sənət adamlarına bu qədər hörmət edir. Xüsusən də xalqa təşəkkür edirik. Siz bilsəniz nə qədər sadə xalq adamları Habil müəllimlə maraqlandılar? Habil müəllimin adından jurnalistlərə təşəkkür edirik. Onlar da bizi tək buraxmadılar”.

Elmin Nuri 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu