Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezident İlham Əliyevə müraciət edib. Müraciətində H.Hacıyev bildirib ki, bir ildən çoxdur sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Baş prokuror Z.Qaralova məktub göndərib: “Mənim müraciətimə əsasən Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb və məsələ araşdırılıb. Araşdırma zamanı sabiq prezident Ə.Elçibəyin ölümündən əvvəl zəhərlənməsi, bununla əlaqədar onun səhətinin pisləşməsi və nəhayət Türkiyənin “Gülhanə “xəstəxanasında dünyasını dəyişməsi faktı ilə bağlı kifayət qədər məlumatlar əldə edilib .Onun AXCP sədri Kərimov Əli tərəfindən qəsdən öldürülməsi faktı özünü doğruldub. Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Lakin üstündən 1 il keçməsinə baxmayaraq, iş üzrə zəruri istintaq tədbrləri başa çatsa da, hələlik cinayətkar cəzasız qalıb”.
Hafiz Hacıyev bildirib ki, hüquq-mühafizə orqanlarına etdiyi müraciətin nəticəsi onu qane etmir: “Faktla bağlı onlarla şəxs dindirilib və Əbülfəz Elçibəyin zəhərlənməsi faktı tam sübuta yetirilib. Ancaq əfsuslar olsun ki, bu günə qədər cinayətdə adı hallanan şəxs barədə heç bir tədbir görülməyib”.
Hafiz Hacıyev prezidentdən məsələni nəzarətə götürməyi xahiş edib.
Modern.az