Modern.az

Cəbhə bölgəsində polislərin peşə bayramı qeyd olundu

Cəbhə bölgəsində polislərin peşə bayramı qeyd olundu

2 İyul 2014, 15:00

Bu gün cəbhə bölgəsindəki Horadiz şəhərinin Mədəniyyət Sarayında  2 iyul polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə müdirləri, ictimaiyyət nümayəndələri iştirak edib.  Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon Polis şöbəsinin rəisi Xəqani Məmmədov mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək düzüb, xatirəsinə hörmət və ehtiramlarını bildirlər.

Tədbir Dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra daxili işlər naziri, geneal-polkovnik Ramil Usubovun tədbir iştirakçılarına təbrik teleqramı oxunub.

Rayon Polis şöbəsinin rəisi Xəqani Məmmədov məruzə ilə çıxış edib. O, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, sabitliyin və əmin-amanlığın qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıb. Alı Alıyev bildirib ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət edib.

“Yarandığı gündən çətin və şərəfli yol keçmiş Azrbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynamış, vətəndaşların hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanıb. Polis əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə fəal iştirak edib, döyüşlərdə rayon polis şöbəsinin 16 əməkdaşı şəhid olub. İki nəfər isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb”-deyə Alı Alıyev vurğulayıb.

Çıxış edənlər bildiriblər ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis sistemimiz ötən dövr ərzində çətin və şərəfli bir yol keçib.

Tədbirdə bir qrup polis əməkdaşına növbəti hərbi rütbələr təqdim olunub, xidmətdə fərqlənənlərə isə fəxri fərmanlar verilib.

Sonda polis orqanlarının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.






Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu