Modern.az

“Aşıq Şəmşir Mədəniyyət Ocağı" maarifləndirmə işləri aparıb - FOTO

“Aşıq Şəmşir Mədəniyyət Ocağı" maarifləndirmə işləri aparıb - FOTO

2 İyul 2014, 13:45


Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi " Saz və balabanı  Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq"  adlı layihə uğurla başa çatıb.  Bu barədə Modern.az-a   “Aşıq Şəmşir  Mədəniyyət Ocağı"  İctimai Birliyinin sədr müavini Həbib Misirov məlumat verib. Onun sözlərinə görə layihə çərçivəsində Bakı, Gəncə, Göygöl və Şamaxıda silsilə tədbirlər keçirilib. Bu tədbirlərdə  Birliyin üzvləri, aşıqlar, balabançılar, saz və balaban alətləri hazırlayan ustalar, jurnalistlər və gənclər fəal  iştirak ediblər. Layihəyə olan marağın gözlənildiyindən artıq olduğunu  söyləyən  Həbib Misirov QHT-lərə Dövlət Dəstəyi Şurasının məhz problemin aktuallığını nəzərə alaraq bu layihəni maliyyələşdirdiyini söyləyib:

"Layihəmizə dəstək verdiyi üçün “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi adından Prezident  yanında QHT- lərə  Dövlət  Dəstəyi  Şurasına  öz  təşəkkürümü bildirirəm. Bu tipli layihələrin həyata keçirilməsi informasiya müharibəsində ermənilərə  ağır zərbədir. Bu gün tarixi torpaqlarımızla yanaşı, milli-mənəvi sərvətlərimizdə gözü olan bədnam qonşularımız  saz və  balabanı özününkiləşdirmək istəyir. Layihəmizin də  əsas məqsədi  adından göründüyü kimi, ermənilərin saz və balabanımızı mənimsəməsinə imkan verməmək, bu istiqamətdə geniş təbliğat və  maarifləndirmə  işləri aparmaq olub. Düşünürəm ki, layihəmiz uğurla həyata keçirilib. Bir daha bizə dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk".

Həbib Misirov onu da qeyd edib ki,  əsrlər boyu xalqımıza qarşı  soyqırım siyasəti həyata keçirən, mədəniyyətimizi zaman-zaman öz adlarına çıxan,  xalqımızın qədim musiqi alətləri olan saz və balabanda bu gün də gözləri olan ermənilərə bu layihə tutarlı cavab olacaq. Onların yalanlarının ifşa olunmasında böyük rol oynayacaq.

"Ermənilər daima bizi təqlid etməyə çalışıblar. Lakin buna nail ola bilməyəcəklər çünki onlarda nə bizim  sazımızın, nə də balabanımızn  ruhu var. Aşıq sənəti Azərbaycan  xalqının milli pasportu olan sənət sahələrindən biridir. Bunlar bizim  dədə- babalarımızın şedevrləridir. Milli dövlətçiliyimizin mənəvi dayağıdır. Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin humanitar  mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Çox sevindirici haldır ki, ölkənin 1-ci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun siyahısına daxil olub.

Aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb. Azərbaycan sazı və onu müşayiət edən balaban aləti musiqi mədəniyyətimizin biçimlənməsi və zənginləşməsində əvəzsiz rol oynayıb. Məhz buna görə Ulu Öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətindən söz açaraq onu «milli varlığımızın mötəbər qaynağı» kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev 2013-cü ilin sentyabrında Gədəbəydə  aşıq məktəbinin açılışında saz-söz sənətimizə yüksək qiymət verərək demişdir: «Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır... Gənclər bilikli, vətənə bağlı olmalıdır, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir». Bu dəyərləndirmələr Azərbaycan dövlətçilik düşüncəsinin mövqeyidir".

Həbib Misirov həmçinin vurğulayıb ki, layihənin həyata keçirilməsində  Milli Elmlər Akademiyasinin Nizami adına Ədəbiyyat  İnsititutunun  direktor müavini, dövlət mükafatı  lauriyatı, professor  Məhərrəm Qasımlının böyük rolu olub. Eyni zamanda  tanınmış balaban ustası  İbadət Allahverdiyev, aşıq və balabançılardan Elbrus Hüseynov, Şöhrət Kərimov, Taleh Abdullayev , Məzahir Allahverdiyev və bir qrup saz və balaban alətləri hazırlayan ustalar layihə çərçivəsində keçirilən tədbirlərdə aktiv iştirak ediblər.

Xatırladaq ki, paytaxt  Bakı və bölgələrdə  saz və balabanın Azərbaycan xalqına məxsus musiqi alətləri olmasını əsaslandıran elmi seminar və müzakirələr təşkil edilib. Bu sənət sahəsinin gənclərə aşlanması üçün ustad  dərsləri təşkil olunub. Saz və balaban hazırlayan ustalarla birgə gənclər üçün təlimlər keçirilib. Ermənilərin bu musiqi alətləri barədəki iddialarını ifşa edən əks-materialların  hazırlanıb,  bir neçə dilə tərcümə olunaraq müxtəlif internet səhifələrində yerləşdirilib.  Saz və balabanın Azərbaycan xalqına məxsusluğunu əks etdirən elmi qaynaqlar və bukletlər diaspor təşkilatlarına və beynəlxalq qurumlara göndərilib.

Həmçinin layihə çərçivəsində Türkiyə Cumhuriyyəti Qaziantep Universitetinin müəllimi, Sənətşunaslıq elmləri üzrə fəlsəfə doktoru İlqar İmamverdiyev və Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun geniş elmi monoqrafiyaları çap olunub.


 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu