Düşmən ordusunun açdığı atəş nəticəsində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yanğın baş verib. Modern.az saytı xəbər verir ki, Türkel TV-nin məlumatına görə, hadisə ötən gecə düşmən ordusunun açdığı atəş nəticəsində baş verib. Kənd sakini Münəvvər Nağıyevaya məxsus tövlədə 10-dan artıq iribuynuzlu heyvan tələf olub, minə yaxın ot bağlaması yanaraq külə dönüb. Sakinlərdən xəsarət alan olmayıb.
Atışma səhər saatlarına qədər davam edib. Düşmən cavab atəşi ilə susdurulub.