İyulun 2-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Modern.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib.
İclasda 2014-cü ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərinin keçirilməsinə hazırlıq barədə müzakirə aparılıb və müvafiq qərar qəbul edilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyyələr dinlənilib.
Modern.az