Modern.az

Rasim Balayevə Mədəniyyət və Turizm Nazirliyinin cavabı gecikmədi

Rasim Balayevə Mədəniyyət və Turizm Nazirliyinin cavabı gecikmədi

2 İyul 2014, 17:42


“Rasim Balayev şikayət etməyib, o, sadəcə söhbət edib”. Bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyib. İşsizlikdən şikayət edən aktyorun açıqlamasına mətbuat xidmətinin rəhbəri belə cavab verib:

”Rasim Balayev çox istedadlı, hörmətli sevimli aktyorumuzdur. Əlbəttə, cənab nazir bu barədə düşünür. Təşkilatımız onun təcrübəsindən, istedadından, özündən, nüfuzundan istifadə etməyə hər zaman hazırdır və bu barədə düşünür“.

Qeyd edək ki, xalq artisti RasimBalayev bildirib ki, hazırda işsizdir və bu vəziyyətdən çox narahatdır: “Yaxşı olar ki, buna Mədəniyyət və Turizm Nazirliyindən cavab versinlər. Niyə mənə iş yoxdur? Gözlədim, amma filmə çəkilmək üçün dəvət gəlmədi”.

Ayşən Mönsümlü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu