Modern.az

Təhsil Nazirliyi deputat Fəzail Ağamalının “cavabını verdi”

Təhsil Nazirliyi deputat Fəzail Ağamalının “cavabını verdi”

2 İyul 2014, 17:48

Milli Məclisin son növbədənkənar iclası sonrası bir qrup valideyn deputat Fəzail Ağamalıya yaxınlaşaraq, liseylərin bağlanmasına etraz bildiriblər. F.Ağamalı isə valideynlərə uşaqlarını özəl məktəblərə qoymalarını məsləhət görüb. Hətta deputat öz nəvələrinin də bağlanan liseylərdə oxuduğunu, həmin liseylər bağlandıqdan sonra nəvələrini özəl liseylərdən birinə yerləşdirəcəyini bildirib.

F.Ağamalı qeyd edib ki, nəvələrini heç vaxt dövlət məktəblərində oxutmaz.  Bununla da o, dövlət məktəblərində keyfiyyətli təhsilin olmadığına işarə vurub.

Modern.az-a açıqlamada Təhsil Nazirliyi mətbuat xidmətindən bildiriblər ki, hər bir vətəndaşın öz fikrini ifadə etmək hüququ var.

“Qeyd etdiyiniz məsələyə gəlincə, Təhsil Nazirliyi bununla bağlı hər hansı şərh verilməsini məqsədəuyğun hesab etmir və təhsil müəssisələrinin seçilməsində hər bir kəs seçim hüququna malikdir”.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu