Modern.az

AzTV-nin əməkdaşı Səhiyyə Nazirliyi haqda dediklərinə düzəliş etdi

AzTV-nin əməkdaşı Səhiyyə Nazirliyi haqda dediklərinə düzəliş etdi

2 İyul 2014, 18:28

AzTV-nin əməkdaşı Ağanisə Sultanova Səhiyyə Nazirliyi ilə bağlı iyulun 2-də səhər Modern.az saytına verdiyi açıqlamasına günün sonunda düzəliş edib.   

Ağanisə Sultanova bildirib ki, reanimasiyada və xəstəxanada olduğu zaman baş verən hadisələrdən xəbəri olmayıb:
«Yalnız bu gün səhər Modern.az-a verdiyim açıqlamadan sonra xəbər tutmuşam ki, əslində Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli hadisə olan gün Azərbaycan Teleradio Verilişləri QSC-nin sədr müavini İbrahim Məmmədova zəng vuraraq, bu məsələni nəzarətə götürmək istədiklərini söyləyib və bildirib ki, bütün ehtiyacları ödəməyə hazırdırlar. Lakin İbrahim müəllim ona təşəkkür edərək, AzTV əməkdaşının heç nəyə ehtiyacı olmadığını bildirib. İbrahim Məmmədov həmin gündən sonra da Anar Qədirlinin dəfələrlə onunla əlaqə saxladığını və mənim səhhətimlə maraqlandığını dedi. Mən Səhiyyə Nazirliyinə bu diqqətinə görə təşəkkürümü bildirirəm.

Amma Mirqasımov adına Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsi əməkdaşlarının xəstələrə qarşı yolverilməz hərəkətləri ilə bağlı dediklərim öz qüvvəsində qalır.

Onu da qeyd etməliyəm ki, mən və ailəmiz istənilən çətinlikləri və problemləri heç kimin maddi dəstəyi olmadan çözməyə üstünlük veririk və bununla bağlı müraciət etməyi özümüzüə sığışdırmırıq».

Namidə Bingöl 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu