Modern.az

Masallıda faciə - göldə üç uşaq boğulub öldü

Masallıda faciə - göldə üç uşaq boğulub öldü

2 İyul 2014, 23:19

Masallı rayonunun Tiyəqani kəndində bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 18:30 radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı, 2007-ci il təvəllüdlü Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar.

Uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılıb valideynlərinə təhvil verilib.

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu