Şəkidə “İpək Yolu” V Beynəlxalq musiqi festivalı keçirilir
Dünya musiqiçiləri “İpək Yolu” Beynəlxalq musiqi festivalı çərçivəsində qədim mədəniyyət mərkəzimiz olan Şəkiyə toplaşıblar. “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılışına Niyazinin eyni adlı simfonik muğamı əsasında səhnələşdirilmiş “Rast” baletinin nümayişi ilə start verildi.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Festivala Kolumbiya, Yaponiya, Hindistan, Türkiyə və bir neçə Avropa dövlətlərinin, beynəlxalq təşkilatların ölkəmizdəki diplomatları da qatılıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinovun sözlərinə görə, TÜRKSOY artıq üçüncü ildir ki, festivalda iştirak edir və tədbirin keçirilməsini dəstəkləyir: “Türk xalqlarının musiqisi ilə yanaşı, eyni zamanda milli geyimləri də təbliğ etmək üçün dizaynerlər festivalda iştirak edir. Təşkilata daxil olan 11 türk dövləti də burda öz incəsənətlərini göstərə biləcəklər".
“Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının konserti isə festivalın yeniliyi olacaq.(anspress)