Müdafiə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Düşmənin atəşkəsi pozması nəticəsində 1996-cı il təvəllüdlü, Laçın rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Məmmədov Elsevər Həsən oğlu yaralanıb. Əsgərin vəziyyəti kafidir.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri dünən və ötən gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Modern.az