Modern.az

Azərbaycanda ağır yol qəzasında 1 nəfər öldü, 15 nəfər yaralandı

Azərbaycanda ağır yol qəzasında 1 nəfər öldü, 15 nəfər yaralandı

3 İyul 2014, 10:13

Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ötən gecə Ağdaş rayonu ərazisində ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yenicə kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus "Ford" markalı sərnişin mikroavtobusu sahibi məlum olmayan "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol qaza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, mikroavtobusda olan 15 nəfər şəxsiyyətləri məlum olmayan sərnişinlər müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Ucar və Ağdaş rayon Mərkəzi xəstəxanalarına aparılıb. Mikroavtobusda sıxılmış vəziyyətda qalmış 1 nəfər sərnişin isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla mikroavtobusdan çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Əməliyyat saat 03:28-də başa çatıb.


Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu