Modern.az

“Qubad İbadoğlu başqan olsa, Müsavat modern partiyaya çevriləcək”- MÖVQE

“Qubad İbadoğlu başqan olsa, Müsavat modern partiyaya çevriləcək”- MÖVQE

3 İyul 2014, 10:54


“Azərbaycan müxalifətinin nüfuzu 1993-cü il iyun qiyamından və Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra sürətlə aşağı düşdü. Müsavat Partiyası iyirmi ildir ki, müxalifətdədir və dəfələrlə seçkiləri uduzublar. Ona görə də bu partiyanın imicindən danışmaq yersizdir”.

Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə Müsavat Partiyasının qurultayının gecikməsinin onun nüfuzuna xələl gətirməsini şərh edərkən deyib. Ekspert bildirib ki, müxalifət mitinqlərə normal iştirakçı toplaya bilmir. Politoloqun sözlərinə partiyanın nüfuzu mitinqlə ölçülmür. “Siyasi təşkilatların siyasi, kadr potensialı və tərəfdarlarının hörməti olmalıdır. Bu şeyləri Müsavat Partiyasında görmürəm”.

Z. Əlizadə onu da qeyd edib ki, Müsavat Partiyasında bir neçə təşkilatçılıq qabiliyyəti və siyasi çəkisi yüksək olan ağıllı adamlar var. “Misal kimi Qubad İbadoğlunu nümunə kimi göstərə bilərəm. Yəqin ki, mənim tanımadığım bir neçə nəfər də var. Əgər Müsavat qurultay keçirəcəksə və başqan Qubad İbadoğlu seçiləcəksə, partiyanın reytinqi yüksələcək. Qubad İbadoğlu innovativ adamdır, ona görə də başqa seçilsə, partiyada ciddi kadr islahatları aparacaq. Qubad İbadoğlu başqan olsa, Müsavat tamamilə yeni bir siyasi təşkilat kimi orijinal, modern partiyaya çevriləcək. Heç şübhəsiz başqanlığa layiq şəxs Qubad İbadoğludur”.

Qeyd edək ki, Müsavat Partiyası 2010-cu ildən bəri qurultayını keçirə bilmir. Partiya səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin onlara münasib yer verməməsini əsas gətirir.

Aqşin Kərimov         

   
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu