Modern.az

“Mən namaza indi yox, çoxdan başlamışam, jurnalistlər köhnə xəbər yayıb”

“Mən namaza indi yox, çoxdan başlamışam, jurnalistlər köhnə xəbər yayıb”

3 İyul 2014, 11:01

“Mən artıq uzun müddətdir ki, namaz qılıram. Bu niyə indi gündəmə gəlib, onu da bilmirəm. Jurnalistlər xəbər yazarkən gərək dəqiqləşdirsinlər ki, köhnə məsələni təzə informasiya kimi oxucuya çatdırmasınlar”.
Bunu Modern.az-a açıqlamasında millət vəkili İqbal Ağazadə mediada namaz qılması ilə bağlı yazılan xəbərlərə aydınlıq gətirərkən dedi.

Qeyd edək ki, mediada Ümid Partiyasının sədri İqbal Ağazadənin namaza başlaması ilə bağlı xəbərlər yer alıb. Buna səbəb isə deputatın Facebook səhifəsində Türkiyənin Süleymaniyə məscidində namaz qılarkən çəkilmiş fotosunu paylaşması olub.




Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu