“İraq Şam İslam Dövləti”nin tutduğu əraziləri “Xilafət” elan edən Əbubəkr əl-Bağdadinin hakimiyyət piramidası bəlli olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əsl adı İbrahim Avvad əl-Bədri əs-Səmərrai olan “xəlifə” Hərbi Şura təsis edib və onun qərarı olmadan heç bir addım atılmır. Bütün hərbi əməliyyatlar da məhz bu “qurum”da müzakirə olunur. Hərbi Şuraya Əbu Əhməd əl-Ürvani rəhbərlik edir.
Daha üç üzvü olan Hərbi Şuradan başqa Əbu Ərkan əl-Əmirinin rəhbərlik etdiyi Şura Məclisi var. Bu Şuranın da 9 və ya 11 üzv mövcuddur. Hər iki quruma təyinatları “xəlifə”nin özü edir.
Terrorçuların yaratdığı qondarma dövlətin “şəriət məhkəmələri”nə isə Əbu Məhəmməd əl-Ani rəhbərliyi altındadır.
“Xilafətin təhlükəsizlik və kəşfiyyat Şurasına Səddam rejimi zabitlərindən olan Əbu Əli əl-Ənbari tutur. Onun Şurasında köhnə dönəmin daha iki üzvü var.
Mətbuat və sosial media Şurasının başçısı Əbu Əsir əl-Əmr əl-Absi, mətbuat katibi isə Əbu Məhamməd əl-Adnanidir.
Modeern.az