Modern.az

Azərbaycan Kommunist Partiyasının sədri: “Züqanov “Qarabağ Azərbaycanındır” deməyib”

Azərbaycan Kommunist Partiyasının sədri: “Züqanov “Qarabağ Azərbaycanındır” deməyib”

Təhsil

3 İyul 2014, 11:22

 

“Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovun Qarabağla bağlı açıqlaması yeni deyil. O, 2012-ci noyabr ayında Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının iclası zamanı jurnalistlərə açıqlamasında Qarabağla bağlı suala cavab verib. Mən özüm də onun yanında olmuşam. Amma Züqanov orada konkret olaraq “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir deməyib”.

Bunu Modern.az saytına Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov ötən gün bəzi mətbuat orqanlarının G. Züqanovun Qarabağla bağlı yaydığı açıqlamanı şərh edərkən deyib. Onun sözlərinə görə bu, yeni informasiya deyil və sadəcə olaraq yenidən gündəmə gəlib. AKP rəhbəri qeyd edib ki, Rusiya kommunistlərinin lideri G. Züqanov keçmiş SSRİ məkanındakı ərazilərin dəyişdirilməz olaraq qalmasını vurğulayıb. “Züqanov Azərbaycanı da , Ermənistanı da, Gürcüstanı da SSRİ zamanındakı əraziləri çərçivəsində tanıyır”,-deyə R. Qurbanov bildirib.

Qeyd edək ki, ötən gün bəzi media orqanları G. Züqanovun “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” başlığı altında bəyanat səsləndirməsi haqqında informasiya yayıb.  

Aqşin Kərimov

   
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza