Ukraynanın Ali Radası Valeriy Qeleteyin bu vəzifəni icra edən Mixail Kovalın yerinə müdafiə naziri təyin olunmasının lehinə səs verib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, onun namizədliyinin lehinə deputatların 327 nəfəri səs verib. Koval isə bundan sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasında çalışacaq.
Modern.az