Modern.az

Füzulidə daha bir yol istifadəyə verildi

Füzulidə daha bir yol istifadəyə verildi

Təhsil

3 İyul 2014, 15:11

Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasir və rahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Füzuli rayonunda da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Bu fikirlər Füzuli rayonunun Mirzənağılı, Əhmədalılar, Arayatılı, Kərimbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Şükürbəyli kəndindən keçən hissəsində 5342 metr asfalt yolun əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə keçirilən açılış mərasimində bildirilib.

Açılışda rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Alı Alıyev bildirib ki, bu gün respublikada rayon mərkəzlərinin və kəndarası yollar abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu proses Füzuli  rayonunda da geniş vüsət alıb. 

Bildirilib ki, hazırda ümumi uzunluğu 32,6 kilometr olan rayon daxili yolun digər hissəsində işlər davam etdirilir.

Açılış mərasimində çıxış edən kənd ağsaqqalları, ziyalılar Prezident İlham Əliyevin regionlara, o cümlədən Füzuliyə xüsusi diqqət və qayğısını qeyd ediblər. Rayonda gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş tikinti-quruculuq işlərindən, həyata keçirilən layihələrdən danışıblar.

Sonra Mirzənağılı, Əhmədalılar, Arayatılı, Kərimbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Şükürbəyli kəndindən keçən hissəsində 3000 nəfər əhalinin istifadə edəcəyi hissəsində 5342 (beş min üç yüz qırx iki)  metr asfalt yol kənd sakinlərinin istifadəsinə verilib.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu