Modern.az

İdmançı-deputatlar: “Avropa Oyunları - 2015”də qızıl medallarımızın sayı çox olacaq”

İdmançı-deputatlar: “Avropa Oyunları - 2015”də qızıl medallarımızın sayı çox olacaq”

3 İyul 2014, 15:17

“2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıqlar tam sürətlə gedir”. Bunu Modern.az-a Avropa və dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, deputat Ülvi Quliyev bildirib. Karate idman növünün Azərbaycandakı inkişafını vurğulayan Milli Məclis üzvü Avropa oyunlarında Azərbaycanın uğurlarının  çox olacağını qeyd edib. “Karate üzrə ən azı 2 qızıl medal gözləyirik”.

Deputat Adil Əliyev isə Avropa oyunlarının keçilməsi üçün AZərbaycanın seçilməsini böyük uğur hesab edir. “O qədər dünya ölkəsi içərisində Azərbaycanın seçilməsi bizim üçün müsbət nəticədir. Belə mötəbər tədbirin Azərbaycana etibar edilməsi isə ölkəmiz üçün şərəfdir. ““Eurovison” mahnı müsabiqəsini ölkəmizdə təşkil etməklə potensialımızı  dünyaya göstərmişik”.

Məltəm Talıbzadə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu