Modern.az

ABŞ Poroşenkonun separatçılar qarşısında geri çəkilməsini DƏSTƏKLƏDİ

ABŞ Poroşenkonun separatçılar qarşısında geri çəkilməsini DƏSTƏKLƏDİ

3 İyul 2014, 22:25


Ukrayna prezidenti Pyotr Poroşenko separatçılarla atəşkəs rejimini bərpa etməyə hazırdır. Modern.az saytının məlumatına görə Ukrayna lideri bu barədə  ABŞ vitse prezidenti Cozef Baydenlə telefon söhbətində mövqeyini açıqlayıb. Onun sözlərinə görə Kiyev hakimiyyəti şərt irəli sürmədən siyasi danışıqlara başlamağa hazırdır.

ABŞ rəsmisi C. Bayden də öz növbəsində bildirib ki, Ağ Ev Ukrayna prezidentinin bu mövqeyini bölüşür.  

Qeyd edək ki, iyul ayının 2-də Berlində Rusiya, Fransa, Almaniya və Ukrayna xarici işlər nazirləri Berlində bir araya gələrək Ukrayndakı bööhranın həllini müzakirə ediblər. Görüşdə barışıq haqqında razılıqlar paketi qəbul olunub.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza