Modern.az

Türkiyədə həbs olunan azərbaycanlı gömrük rəisi azadlığa çıxdı

Türkiyədə həbs olunan azərbaycanlı gömrük rəisi azadlığa çıxdı

3 İyul 2014, 22:52


Ötən ilin dekabr ayında Türkiyənin Naxçıvanla sərhəddəki Dilucu gömrük məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunan Sədərək gömrük idarəsinin rəisi Mirməhəmməd Seyidov azadlığa çıxıb. 

Məlumata görə azərbaycanlı məmur bir neçə saat öncə sərbəst buraxılıb.

Qeyd edək ki, M.Seyidov dekabr ayında Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər saxlanılmışdı. (aznews.az)

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu