Modern.az

İhsanoğlu sərvətini AÇIQLADI: “Sadə maşın, 9 mənzil və 3.5 milyon dollar”

İhsanoğlu sərvətini AÇIQLADI:  “Sadə maşın, 9 mənzil və 3.5 milyon dollar”

3 İyul 2014, 23:35


Türkiyə ana müxalifəti CHP və MHP-nin prezident seçkisindəki vahid namizədi, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu sənədlərini Ali Seçki Qurumuna təqdim edib.

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İhsanoğlu həmçinin mülkü barədə məlumatların əks olunduğu sənədləri də seçki prosesləri ilə bağlı ali orqana verib. O, sərvəti ilə bağlı bəyanat yayıb. Açıqlamada bildirilir ki, İstanbulda özünə və ya arvadına məxsus olan doqquz mənzili var.

“Bununla yanaşı, 2006 istehsalı olan “OPEL Vektra” avtomobili, bank hesablarında 240. 427 lirə və 3 milyon 596.304 dollar pulu var. Həmçinin Yozgatda babasına məxsus yerləri, binaları  2011-ci ildə Bozok universitetinə bağışlamışam”.   Qeyd edək ki, prezidentliyə namizəd olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da mülkü barədə məlumatları Ali Seçki Qurumuna təqdim edib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu