Modern.az

Keçmiş baş nazir axtarışa verildi

Keçmiş baş nazir axtarışa verildi

4 İyul 2014, 01:00

Ukrayna Təhlükəsizlik Xidməti keçmiş baş nazir Nikolay Azarov barəsində beynəlxalq axtarış elan edib. Müvafiq məlumat Ukrayna DİN-in rəsmi saytında dərc edilib.

Elanda Azarovun bu ilin iyunun 3-də yoxa çıxdığı bildirilir. Bu ilin aprelində baş prokuror vəzifəsini icra edən Oleq Maxnitski Azarovun hakimiyyətdən sui-istifadə ittihamı ilə axtarışa verildiyini bildirmişdi.     

Qeyd edək ki, Avropa Birliyi Nikolay Azarov və onun Regionlar Partiyasından Radanın deputatı olduğu oğlu Aleksey barəsində sanksiyalar tətbiq edib.   Bəzi məlumatlara görə, Nikolay Azarov hazırda Avstriyada yaşayır. (APA)

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu