Modern.az

Brazilyadakı mundialda üzə çıxan ən yaxşı yeni futbolçular kimlərdir?

Brazilyadakı mundialda üzə çıxan ən yaxşı yeni futbolçular kimlərdir?

4 İyul 2014, 09:45

Brazilyada təşkil olunan sayca 20-ci futbol üzrə Dünya Çempionatı sona yaxınlaşır. Artıq mundialda 56 oyun keçirilib və çempionluq uğrunda 8 ən yaxşı milli mübarizəsini davam etdirir.

Bütün mundiallarda olduğu kimi, Brazilyada keçirilən çempionatda da özünü yaxşı tərəfdən göstərən, ulduzu parlayan oyunçular var. Bu futbolçulardan xüsusilə 2-si fərqləndirilir. Onlardan biri kolumbiyalı James Rodriguezdir. 22 yaşlı futbolçu mundialda göstərdiyi oyunu ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Kolumbiya yığması ilə Yunanıstan, Fildişi Sahili, Yaponiya və Uruqvaya qarşı keçirdiyi 4 oyunda 5 qol vurmağı bacaran gənc oyunçu hazırda Dünya Çempionatının (DÇ) ən çox qol vuran futbolçusudur. Kolumbiya millisi ¼ finalda meydan sahibləri Brazilya millisi ilə qarşılaşacaq və bu oyundada kolumbiyalıların əsas qol silahı məhz James Rodriguez olacaq.
Dünya çempionatında “Ölüm qrupu” sayılan və İngiltərə, Uruqvay, İtlaiya millilərinin yer aldığı qrupdan 7 xalla ilk pillədə çıxmağı bacaran Kosta-Rika millisi Dünya Çempionatında ən böyük sensasiyanı etmiş oldu. Bu uğurun arxasında  Kosta-Rika müdafiəsi və əlbəttə qapıçısı Keylor Navas durur. Kosta-Rikalı qapıçı keçirdiyi 4 matçda qapısından 2 top buraxıb və mundialın ən az qol buraxan 2 qapıçıdan biridir. (Digər qapıçı belçikalı Kurtuadı)
Qrup oyunlarında rəqiblərinə yalnız bir dəfə (penalti qolu ilə) keçid imkanı verən Keylor Navas 1/8 finalda Yunanıstanla oyun sonrası penaltilərdə daha yaxşı oynayaraq, ölkəsini ¼ finala daşımağı bacardı.



Xatirladaq ki, James Rodriguez Fransa”nın “Monaco”, Keylor Navas isə İspaniyanın “Levante” klubunda çıxış edir.

Farrux Hasanli,
Azərbaycan Uniersiteti,4cü kurs, Jurnalistika 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu