İyulun 5-də Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında 1/4 final mərhələsinin növbəti oyununda Argentina və Belçika yığma komandaları qarşılaşıb.
Modern.az saytının məlumatına görə, bu oyunda Argentina millisi 1:0 hesabı ilə qələbə qazanaraq 1/2 finala yüksəlib. Yeganə qolu İquain vurub.
Digər oyunda isə Hollandiya və Kosta-Rika komandaları yarımfinal uğrunda mübarizə aparacaq.