Modern.az

Mundialın qrupundan çıxa bilməyən favoritlər

Mundialın qrupundan çıxa bilməyən favoritlər

7 İyul 2014, 15:17


Brazilyada təşkil olunan Dünya Çempionatı davam edir. Sayca 20-ci olan bu çempionatda futbolsevərlər artıq bir neçə çox maraqlı nəticələrin, özünü göstərə bilməyən ulduz oyunçuların və böyük ümidlərlə mundiala gəlib fiaskoya uğrayan millilərin şahidi olublar.

Şübhəsiz, ən böyük uğursuzluğa düçar olan komanda son dünya çempionu İspaniya millisi oldu. 4 il bundan öncə finalda Hollandiyanı əlavə dəqiqələrdə İniyestanın vurduğu qolla məğlub edərək çempion olan “matador”lar Brazilyadakı mundialın ilk görüşündə də Hollandiya millisi ilə qarşılaşdı. Bu görüşə revanş əzmi ilə çıxan hollandlar İspaniyanı 5-1 hesabı ilə ağır məğlubiyyətə uğratdılar.
İkinci matçında Çili yığmasına da 2-0 hesabı ilə məğlub olan ispanlar mundialla erkən vidalaşdılar. Brazilyadakı uğursuzluğa baxmayaraq İspaniya Futbol Federasiyası baş məşqçi Del Boske ilə olan müqaviləni 2016-cı ilə qədər artırdı.

Brazilyadakı mundiala böyük ümidlərlə gələn, lakin keçirdiyi 3 oyunun heç birində qələbə qazana bilməyib evə erkən dönən millilərdən biri də iddialı İngiltərə oldu.
İngilislər əvvəl İtaliya, daha sonra isə Uruqvay millisinə eyni hesabla (2-1) məğlub oldular. Son matçda munidalın sürpriz komandası olan Kosta Rikaya da qalib gələ bilməyən “Ada təmsilçisi” evə əliboş qayıtdı.

İngiltərə ilə eyni qrupda yer alan İtaliya də ümidləri doğrultmayan  bir digər milli oldu. 4 qat dünya çempionları ilk görüşdə İngiltərə millisinə qalib gəlməsinə rəğmən qrupun digər iki oyununda sıra ilə Kosta Rika və Uruqvaya eyni hesabla (1-0) uduzaraq mundialdan kənarda qaldılar. Bu uğursuzluqdan sonra İtaliya yığmasının baş məşqçisi Cesare Prandelli vəzifəsindən istefa verdiyini açıqladı.

Xatırladakı ki, qrup mərhələsindəcə mundialla vidalaşan hər üç favorit milli Dünya Çempionatının kubokunu başı üzərinə qaldırmağı bacarıb.  İtaliya 4 dəfə, İngiltərə və İspaniya yığmaları isə hərəyə 1 dəfə bu sevinci yaşıyıblar.

Fərrux Həsənli,
Azərbaycan Universitetinin tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza