Modern.az

Azərbaycanda ilk dəfə beyin damarında tromb əməliyyatı həyata keçirildi

Azərbaycanda ilk dəfə beyin damarında tromb əməliyyatı həyata keçirildi

8 İyul 2014, 13:08


ATU-nun Tədris Terapevtik Klinikasının həkimləri Azərbaycanda ilk dəfə kəskin insult xəstəsində beyin damarında tromb əməliyyatını uğurla icra ediblər.

ATU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumatına görə, 36 yaşlı qadın xəstə Universitetin Tədris Terapevtik  Klinikasına müraciət edərkən 3 saat ərzində sol qol və ayağını  hərəkət etdirə bilmirmiş. Xəstənin  nevroloji dəyərləndirməsi zamanı həkimlər beyinin sağ tərəfində ciddi insultdan  şübhələniblər. Sonradan tomoqrafiya zamanı bu diaqnoz təsdiqlənib. Məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb.

ATU-nun həkimləri tərəfindən ilk dəfə olaraq beyin damarlarında trombun çıxarılması (Trombektomiya) əməliyyatı uğurla həyata keçirilib. Saat yarım davam edən əməliyyat kardioloq-artitmoloq, dosent Fərid Əliyev və invaziv-radioloq Ağakişi Yəhyayev tərəfindən icra olunub. Xəstə artıq reanimasiya şöbəsindən çıxarılıb. 

Dosent Fərid Əliyev hazırda xəstənin vəziyyətinin stabil olduğunu bildirir. Onun sözlərinə görə, belə xəstəliklər zamanı ölüm ehtimalı çox yüksəkdir: “Çünki beyin yarımkürəsi tam insult idi.  Amma biz insultun, ətrafdakı toxumaların ölümünün qarşısını ala bilmişik. Cavan xəstələr insultu daha pis keçirir. Çünki gənc insanlarda qan dövranı ani ortaya çıxan tıxanmaya cavab verə bilmir. Lakin xəstənin vəziyyətində hazırda pisləşmə yoxdur. Artıq sol ayaqda güc tonusu bərpa olmağa başlayır. Xəstənin vəziyyəti tam sabitləşəndən sonra insultun ortaya çıxaran səbəblər araşdırılacaq”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir