“Hesablama Palatası dövlətin ixtiyarında olan idarədir. Ona görə də tez-tez yoxlamalar aparılır. Hazırda bizim xəstəxanada da yoxlama aparılır”. Bunu Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, indi yoxlamaların nəticəsi barədə danışmaq tezdir: “Hesablama Palatası mətbuat vasitəsilə də təsdiq edir ki, yoxlamalar davam edir. Həm Hesablama Palatası, həm də Dəmiryol xəstəxanası indi yekun nəsə deyə bilməz. Nəticələrin qənaətbəxş olub-olmadığı haqqında yoxlamalar bitəndən sonra açıqlama veriləcək”.
Dəmiryol İdarəsinin özündə aparılan yoxlamalara gəlincə, N.Əzməmmədov deyib: “Dəmiryol İdarəsinin özündə yoxlamalar hələ ki aparılmır. Gələcəkdə belə yoxlamaların aparılacağı barədə nəsə deyə bilmərəm”.
Namidə BİNGÖL