Modern.az

Ramil Usubov Hərbi Məktəb məzunlarının buraxılış tədbirinə qatıldı

Ramil Usubov Hərbi Məktəb məzunlarının buraxılış tədbirinə qatıldı

9 İyul 2014, 16:51

İyulun 9-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə Döyüş Bayrağının təqdim olunmasına və Orta İxtisas Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr edilmiş təntənəli mərasim keçirilib.

Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə daxili işlər nazirinin qarşılanması olub, nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti salamlayıb, əlamətdar hadisələr münasibətilə onları təbrik edib.

Daxili işlər naziri ölkə Prezidentinin müvafiq fərmanı ilə verilmiş döyüş bayrağını Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədova təqdim edib. Azərbaycanın Dövlət himni səsləndirilib.

Məzunlar adından çıxış edən leytenant Nurlan Məmmədov tədris müddətində aldıqları mükəmməl təhsilə, əldə etdikləri zəruri bilik və praktik vərdişlərə, yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Ali Hərbi Məktəbin pedaqoji kollektivinə minnətdarlığını bildirib, onlara göstərilən etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlarına söz verib.

Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov çıxış edərək respublikamızda milli hərbi kаdrlаrın hаzırlаnmаsı istiqаmətində əhəmiyyətli addımların atıldığını, bu məqsədlə ölkə Prеzidеnti İlhаm Əliyеvin göstərişilə səkkiz il öncə Dахili Qоşunlаrın Оrtа İхtisаs Hərbi Məktəbinin yaradıldığını vurğulayıb.

O deyib ki, artıq 4-cü dəfə buraxılışı olan Оrtа İхtisаs Hərbi Məktəbində              hazırlanan kadrlar hərbi hissə və bölmələrin döyüş hazırlığının daim yüksək saxlanılmasında, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində öz bilik və bacarıqlarını əsirgəməyərək Daxili Qoşunların döyüş ənənənlərinə sadiq olduqlarını nümayiş etdiriblər.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.

Nazir Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri və tapşırıqları bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq.

Sonra məzunlara diplomlar təqdim olunmuşdur.

Məktəbi fərqlənmə ilə bitirmiş leytenant Seymur Mehrəliyev "Yaş kötüyü"nə xatirə lövhəsini vurub.

 Tədbirin rəsmi hissəsi «Ali Hərbi Məktəbin marşı»nın sədaları altında şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza