Modern.az xəbər verir ki, İranın Mehr Agentliyinin saytında Azərbaycan aşıq sənəti haqqında geniş məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, ən qədim dövrlərdə hələ yazı sənətinin mövcud olmadığı dönəmlərdə Azərbaycanda aşıq sənətinin özülü qoyulub. Yazıda qeyd olunub ki, əsas toy mərasimlərində iştirak edən telli sazlı sənətçilər gözəlliyi, Xeyri təbliğ etməklə insanları doğru yola hidayət edirdilər. Məqalədə Xəstə Qasım, Aşıq Ələsgər, Abbas Tufarqanlı və s. tanınmış aşıq sənəti ustalarından söhbət açılır. “Abbas və Gülgəz”, “Koroğlu” və s. dastanlar xatırladılır.
Müəllifin söhbətləşdiyi gənc aşıqlardan biri – Qənbər Allahverdi təəssüflə qeyd edir ki, Qərb mədəniyyətinin təcavüzü ilə köhnə dastanlar, əfsanələr tamamilə unudulub. Q. Allahverdi İran aşıqlarının geniş tanınmamasından da şikayətlənib. Lakin iranlı araşdırmaçı Sirus Kəyani əksər gənc aşıqlar musiqi savadına malik olmadığını dilə gətirib və qeyd edib ki, bununla belə onlar özlərini ustad sayırlar.
136-dan çox dastan və əfsanəni qoruyub saxladığını deyən S.Kəyani aşıq sənətinin ciddi mühafizə və təbliğ olunmasının vacibliyini qeyd edib.
Modern.az