Argentina yığma komandasının keçmiş üzvü, əfsanəvi futbolçu Dieqo Maradona Braziliyanın dünya çempionatının yarımfinalında Almaniyaya 7:1 hesablı biabırçı məğlubiyyətinə münasibət bildirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Maradona deyib: “Braziliya, de görüm, özünü necə hiss edirsən? Hesab 6:0 olanda oyunun gedişini dəyişmək olardı, ancaq almanlar tamamilə onları dağıtdılar”.
Modern.az