Modern.az

İŞİD-in daha bir vəhşiliyi: Peyğəmbərin məzarını dağıtdılar

İŞİD-in daha bir vəhşiliyi: Peyğəmbərin məzarını dağıtdılar

9 İyul 2014, 22:26



İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yeni dəhşətə gətirən əməli ilə bağlı görüntülər yayılıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə İŞİD-in yaraqlıları əllərindəki baltalarla məzarları alt-üst edir, üstəlik bu məzarlardan biri də Həzrəti Yunusa aid edilir. Bu dəfə görüntülər Mosulun yaxınlığındakı Ninova şəhərindəki bir məzarlıqda çəkilib. İŞİD yaraqlıları baltalarla daşdan olan keçmiş qəbirləri dağıdırlar. İddiaya görə, həmin məzarlar arsında müsəlmanlar və xristianlar üçün müqəddəsl sayılan Yunus Peyğəmbərə aiddir. İŞİD militanları bunun səbəbini müsəlmanlar üçün müqəddəs sayılan və dua edilən bu məzarların İslama zidd olması ilə izah ediblər.

Bu gün ortaya çıxan həmin vəhşiliklə bağlı görüntülər dünyanı bird aha heyrətə gətirib. Həmin dəhşətli görüntülərdə İŞİD yaraqlıları balta ilə məzarları yerlə bir edirlər. Digər bir yaraqlı isə həmin anları kamera ilə çəkir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza