Bu gün Muasir Musavat Partiyası hüquq müdafiəçisi Leyla Yunusun evinin qarşısında piket keçirmək üçün BŞİH-in başçısı H.Abutalıbova məktubla müraciət edib.
Məktubda qeyd edilib ki, “MMP Qadınlar Şurasının üzvləri hüquq müdafiəçisi Leyla Yunusun Azərbaycana qarşı apardığı təbliğata, ölkə qanunlarına hörmətsizlik etməsi, xarici ölkələrin agentura mənbəyi olmasına və ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrlə işbirliyinə etiraz əlaməti olaraq onun evinin qarşısında 15.07.2014-cü ildə saat 12.00-da piket keçirmək istəyirlər”.
Partiyadan bildirlib ki, məktub artıq BŞİH-ə göndərilib.
Modern.az