Modern.az

“Yolçu” Gəncədə - FOTO

“Yolçu” Gəncədə - FOTO

10 İyul 2014, 16:58



Modern.az
saytı xəbər verir ki, hər həftənin bazar günü hamının maraqla izlədiyi “Yolçu” Gəncənin qonağı olub. Aparıcı Yusif Kərimov şəhərin görkəmli yerlərini gəzərək tanınmış ziyalılarla, gənclərlə görüşüb və 2 hissədən ibarət maraqlı veriliş hazırlayıb. Verilişin birinci hissəsi bazar günü tamaşaçılara təqdim olunub. Növbəti bazar günü tamaşaçılar verilişin ikinci hissəsini izləyəcəklər.

“Gəncə müasirliklə qədimliyi nümayiş etdirən gözəl şəhərdir”, “Gəncə memarlığı heyrət doğurur”, “Sən demə, Gəncədə də İçərişəhər varmış”, “Son üç ilin Gəncəsi, tamam başqa Gəncədir”.
Bu sözlər veriliş boyu Gəncənin sürətli inkişafının leytmotivi olaraq səslənir.

“İnana bilmədik ki, bura doğrudan da bir neçə il qabaqkı Gəncədir. Şəhər tanınmaz dərəcədə dəyişib. Çox böyük yeniliklər var”.
Bu fikirlərin davamı olaraq, şəhər ziyalıları Gəncədə yaşayıb yaratmağın, uğurların, zəfərlərin önündə əzmlə addımlamağın nə qədər qürurlu, sevincli olduğunu dilə gətiriblər. Bu qürurdan, sevincdən özünə pay götürən “Yolçu”(Yusif Kərimov) qol çırmayıb inşaatçılara qoşulub. “Baxın, mən də Gəncədə kərpici kərpic üstə qoydum”- deyib.

Sonra yoluna davam edib gözəl Hacıkənd yaylağına qalxıb. YAP Gəncə şəhər Təşkilatının dəstəyilə keçirilən gənclərin “İnkişaf akademiyası” layihəsinə qoşulub. Dərin zəka, bilik, yüksək təfəkkür, intellekt nümayiş etdirən gənclərlə bir arada olub. Gəncədən, respublikanın digər regionlarından gələn gənclərlə həmsöhbət olub.

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza