Modern.az

“İnter” növbəti mərhələdə, “Qəbələ” uduzdu...

 “İnter” növbəti mərhələdə, “Qəbələ” uduzdu...

Təhsil

11 İyul 2014, 10:45

Ölkəmizi Avropa Liqasında təmsil edən Bakının “İnter” klubu dünən Moldovanın “Tiraspol” klubu ilə cavab oyununa çıxıb.

Modern.az-ın məlumatına görə, görüşə qonaqlar fəal başlayıb və bunun məntiqi nəticəsi kimi matçın 6-cı dəqiqəsində “Tiraspol”un heyətində Viktor Bulat hesab açıb. İlk hissə elə bu hesabla başa çatıb.
İkinci hissə də isə hücumlarının kəsərini artıran təmsilçimiz matçın 79-cu dəqiqəsində Arif Daşdəmirovla hesabı bərabərləşdiriblər. 4 dəqiqə sonra Baçana Tsxadadze təyin olunan penaltini qola çevirərək hesabı “İnter”in xeyrinə dəyişib. Görüş də son nöqtəni isə matça əlavə olunan 1-ci dəqiqə də Mirzağa Hüseynpur qoyub. Hər iki görüşün nəticəsinə görə 6-3 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə adlayıb. Qonaq komanda “Tiraspol”   klubu görüşü 9 nəfərlə bitirib.
Qeyd ki, “İnter”in növbəti mərhələdə ki, rəqibi İsveçin “Elfsborg” klubu olacaq.

***

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyununa şıxan digər təmsilçimiz “Qəbələ”nin klubu səfər də Bosnia Hersoqovina”nın  “Şiroki Brieyq” kollektivi ilə qarşılaşıb.

İlk matçda doğma meydanda “Şiroki Brieyq” klubuna 0-2 hesabı ilə məğlub olan təmsilçimizin cavab oyununda hansı nəticəni əldə edəcəyi maraqla gözlənilirdi.

Amma cavab oyununda "Qəbələ" rəqibinə 0:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Fərrux Həsənli
Azərbaycan Universitetinin tələbəsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir