Modern.az

Uorlikdən Qarabağla bağlı MESAJ: “Həlli mümkündür”

Uorlikdən  Qarabağla bağlı MESAJ: “Həlli mümkündür”

11 İyul 2014, 11:44


ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsini növbəti dəfə müzakirə etmək üçün Polşanın paytaxtı Varşavada bir araya gəliblər.

Modern.az xəbər verir ki, bu barədə Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində məlumat verib. Onun sözlərinə görə həmsədrlər Qarabağ konfliktinin sülh yolu ilə həlli üçün ortaq fikirləri bölüşürlər. “Biz Qarabağ münaqişəsinin həllində sülhü dəstəkləmək məqsədi ilə birgə işləməkdən ötrü ortaq fikirdəyik. Münaqişənin həlli, nizamlanması mümkündür”,-deyə C. Uorlik bildirib.

Qeyd edək ki, C. Uorlik bir neçə gün bundan öncə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvo getdikcə təhlükəli xarakter alır.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza