Modern.az

Ermənilər azərbaycanlı girovun FOTOSUNU yaydılar

Ermənilər azərbaycanlı girovun FOTOSUNU yaydılar

11 İyul 2014, 12:05

Ermənistan tərəfi dünən Azərbaycan vətəndaşını girov götürdükləri barədə xəbər yaymışdılar. Bu gün isə onun şəklini paylaşıblar.
Modern.az saytının xəbərinə görə, ermənilər girov düşən soydaşımızı hətta “diversant” adlandırıblar. Bildiriblər ki, bu, Tərtərin Qapanlı kənd sakini, 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğludur.

Onun ötən gün cəbhə xəttində erməni hərbçilər tərəfindən girov götürüldüyü iddia olunur. Erməni tərəfinin iddiasına görə, onun üzərindən silah və müxtəlif döyüş sursatları aşkar olunub.

Lakin paylaşılan şəkildən də göründüyü kimi, yolunu azaraq girov düşən sadə kənd sakinini ermənilər kəşfiyyatçı kimi təqdim etməyə çalışırlar.

Modern.az saytı məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinə sorğu ilə müraciət edib. Sorğumuza cavab veriləcəyi bildirilib.



Vüqar İsmayılov  

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza