Modern.az

30 min abituriyent I və IV qrup üzrə imtahan verəcək

30 min abituriyent I və IV qrup üzrə imtahan verəcək

11 İyul 2014, 12:11

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün qəbul imtahanı keçirəcək”.

Modern.az xəbər verir ki, bunu jurnalsitlərə TQDK-nın sədri Məleykə Abbaszadə deyib. O, qeyd edib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada keçiriləcək. İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2429 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 50-dən artıq KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.

İmtahanda 28955 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 21828 abituriyent I qrup üzrə, 7127 abituriyent IV qrup üzrə imtahan verəcək. Bakı şəhərində – 12843, Naxçıvanda – 1469, Gəncədə – 3482, Sumqayıtda – 1844, Mingəçevirdə – 1334, Şəkidə – 1834, Ağcabədidə – 954, Göyçayda – 1410, Şirvanda – 1076, Lənkəranda – 1554, Xaçmazda – 1155 abituriyentin imtahan verəcəyi gözlənilir.

Abituriyentlərdən 26160 nəfəri (I qrup üzrə – 19656 nəfər, IV qrup üzrə – 6504 nəfər) Azərbaycan bölməsinin, 2795 nəfəri (I qrup üzrə – 2172 nəfər, IV qrup üzrə – 623 nəfər) isə rus bölməsinin məzunudur. 17703 nəfər (I qrup üzrə 13472 nəfər, IV qrup üzrə 4231 nəfər) oğlanlar, 11252 nəfəri (I qrup üzrə 8356 nəfər, IV qrup üzrə 2896 nəfər) isə qızlardır. 16 nəfər ali təhsil müəssisələrinin, 791 nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 184 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1988-ci ildən, ən gənci isə 1997-ci ildəndir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Rafiq Qənbərov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza