Modern.az

Ermənilər xarici heykəltaraşları Şuşaya topladılar

Ermənilər xarici heykəltaraşları Şuşaya topladılar

11 İyul 2014, 12:39



Azərbaycanın işğal altındakı tarixi-mədəni mərkəzi Şuşa şəhərində 3-cü beynəlxalq “Akop Gürcyan” simpoziumu keçirilir. Modern.az erməni KİV-lərinə isitnadən xəbər verir ki, açlışı bu gün Şuşa İncəsənət muzeyində keçiriləcək tədbirə Ermənistandan, İtaliyadan, İsveçrədən, Hindistandan və Belarusdan qanunsuz olaraq gələn 12 heykəltaraş qatılacaq.

Layihə təşkilatçılarının sözlərinə görə, əcnəbi qonaqların yaradacaqları təsviri incəsənət və heykəltaraşlıq nümunələri simpoziumdan sonra da Şuşada qalacaq.

Qeyd edək ki, 1-ci Akop Gürcyan simpozimu erməni diasporunun maliyyə dəstəyi ilə 2011-ci il 18-28 iyul tarixlərində keçirilib.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza