Modern.az

TQDK sədri: “4 kollecdə yerlər tam dolub”

TQDK sədri: “4 kollecdə yerlər tam dolub”

11 İyul 2014, 12:42

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri xüsusi qabiliyyət tələb edən ixtisaslarda boş yerlərin qalmasının səbəbini açıqlayıb.

Modern.az-ın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə deyib ki, musiqi müəllimliyinə sənəd verənlərin ilkin musiqi təhsili olmalı idi:
“5, 6, 7-ci sinfin musiqi təhsili olmalı idi, fiziki tərbiyə müəllimliyinə sənəd verənlərin sağlamlıq haqqında sənədi təqdim edilməli idi. Təqdim edilən sənədlər azdır, nəinki yerlər”.

Eyni zamanda o, ixtisas seçimində 100% dolan yerlərin adlarını açıqlayıb. Onlar Maliyyə İqtisad Kolleci, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Bakı Qida Sənaye Kolleci, Bakı Dövlət Sosial İqtisadiyyat Kollecidir.

Rafiq Qənbərov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza