
Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq iyulun 20-dən etibarən elektron ərizələrin qəbuluna başlanılacaq.
Bu barədə
Modern.az-a BŞTİ-dən məlumat verilib. Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31- dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Misranə Həsənzadə