Modern.az

Kolleclərə qəbul olan abituriyentlərin adları açıqlandı

Kolleclərə qəbul olan abituriyentlərin adları açıqlandı

11 İyul 2014, 12:54

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin nəticələri elan olundu.

Modern.az-ın məlumatına görə ixtisas seçimində iştirak etmiş abituriyentlər öz nəticələri ilə iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Eyni zamanda bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında aşağıdakı linkdən öyrənmək olar:

//www.e-gov.az/az/services/read/2641

Qeyd edək ki, ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 2-də başlanmış ixtisas seçimi iyulun 10-u saat 23:59-da başa çatıb, 17632 gənc ixtisas seçib.

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

   

Azərbaycan bölməsi

Rus 
bölməsi

Bölmələr üzrə cəmi

faizi

Dövlət, ödənişsiz

4489

4084

162

4246

94.50

Dövlət, ödənişli

4482

3790

140

3930

87.62

Özəl

630

610

0

610

96.67

Cəmi

9601

8484

302

8786

91.43

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2014-cü il iyulun 14-dən 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza