Modern.az

TQDK sədri xəbərdarlıq etdi: “Orta məktəb biliyi ilə yaxşı iş tapmaq olmaz”

TQDK sədri xəbərdarlıq etdi: “Orta məktəb biliyi ilə yaxşı iş tapmaq olmaz”

11 İyul 2014, 13:25



“9-cu sinfi bitirib məktəbi tərk edənlərin sayı artıb. Orta məktəb biliyi ilə yaxşı iş yeri tapmaq olmaz”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, əvvəlki illərin məzunları da ali məktəbə qəbul olmaq üçün sənəd verirlər: “Bu xüsusən əsgərlikdən gələnlərə aiddir. Ali məktəbə sənəd verənlərdən 50 minə yaxın bu ilin, 50 minə yaxın isə ötən illərin məzunlarıdırlar. Hər bir məzun bilməlidir ki, yalnız orta məktəbin biliyi ilə özünə yaxşı iş yeri tapa bilməyəcək. Təhsilinin aşağı olması və sosial problemlər bütün bunların hamısını özündə birləşdirir”.

Rafiq Qənbərov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza