Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən Daşkəndə səfər edərək Özbəkistan prezidenti İslam Kərimovla görüşdü.
Modern.az xəbər verir ki, tərəflər iki qardaş ölkə arasında yaxın keçmişdə yaşanan səhvlərin təkrarlanmamasının vacibliyini vurğulayıblar. Davudoğlu dostluq mesajı verərək "durğun dövr bitdi, əlaqələrimiz dünyaya nümunə göstəriləcək" deyib.
Çoxdan gözlənilən xəbərdi. Ümid etmək olar ki, Özbəkistan yönətimi indiyədək kənar durduğu Türk Birliyinə doğru inteqrasiya proseslərində bundan sonra öz təbii yerini tutacaq. Xeyirli-uğurlu olsun!Modern.az