Modern.az

“Dilbər, uni səni gözləyir”, “Yetim, necə yazdun?” - İmtahandan REPORTAJ

“Dilbər, uni səni gözləyir”, “Yetim, necə yazdun?” - İmtahandan REPORTAJ

12 İyul 2014, 15:08


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün cari ilin məzunları üçün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirib. Modern.az saytının əməkdaşları Bakı şəhəri Nərimanov rayonu Gültəkin Əsgərova adına 200 saylı tam orta məktəbdə olub, imtahanları müşahidə ediblər.
Havanın çox isti olmasına baxmayaraq, imtahan verənlərin yaxınları məktəbin qarşısına toplaşmışdı. Kimisi həyəcanlı olduğunu, kimisi də həyəcan hiss etmədiyini deyirdi.

Bakı sakini Nisə Mirzəyeva - “Qızım Aynur Mirzəzadə I qrupda imtahan verir. Sınaq imtahanlarında nəticələri pis olmayıb. İlk övladımın imtahanıdır. Qızım imtahana gedəndə çox həyəcanlı idi. Onun əvəzinə elə bil ki, mən də imtahan verirəm. Çox həyəcanlıyam”.

Zəfər Əhmədov
- “Oğlum Fariz Əhmədov I qrupda imtahan verir. İmtahan verən ikinci övladımdır. Ondan gözlədiyim nəticə minimum 400 baldır. İmtahana gedəndə heç həyəcanlı deyildi. Hələ arzuladığı bir ixtisas yoxdur. Mən də o qədər həyəcanlı deyiləm”.

İmtahan keçirilən binanın qarşısına maraqlı plakatlarla gələn yaxınlar da gözə dəyirdi.



“Dilbər, uni səni gözləyir”, “Atam, zibildəsən, zibildə”, “Yetim, necə yazdın?”:

Abituriyentin bibisi Natəvan Qurbanlı: “İmtahan verən mənim qardaşım qızıdır.  283 nömrəli məktəbdə oxuyub. Əlaçıdır. Sınaq imtahanlarında  nəticələri yaxşı idi. Sonuncu sınaqda 500-ə yaxın bal toplayıb. Azərbaycan Dövlət Neft Akademiyası “İnformasiya texnologiyaları mühəndisliyi”ni istəyir. İmtahana gülə-gülə getdi. Həyəcanlı deyildi. Anası daha çox həyəcanlıdır”.

Valideyn Ülkər Əlihəsənova – “Övladım Ömər Əmiraslanov I qrupda imtahan verir. İlk övladımın imtahanıdır, amma həyəcanlı deyiləm. Nə olar, olar. Sonuncu sınaq imtahanında 361 bal toplayıb. İmtahana gedəndə həyəcanlı deyildi.Özü də Azərbaycan Texniki Universitetin  “İnformasiya texnologiyalar”nı istəyir.

Vaxt başa çatır və imtahandan çıxan abituriyentlərdə müxtəlif əhval-ruhiyyə var idi. Kimisi güləruzlü, kimisi qəmgin, kimisi ağlayan halda idi.



I qrupaa imtahan verən Sevinc İsmayılova : “Suallar o qədər də çətin deyildi”.

Kənan Quliyev: “Qaradağ rayonu 195 nömrəli məktəbdə təhsil almışam. Hazırlığa getməmişəm deyə, necə gəldi yazdım. Suallar o qədər də çətin deyildi”.

Bəsirə Rəsulzadə: “Qaradağ rayonu Lökbatan qəsəbəsi 29 nömrəli məktəbin məzunuyam. Suallar  çox çətin idi. Sonuncu sınaqda topladığım bal 200 idi”.

Rasim Hüseynzadə: “Şamaxı rayonu Muğanlı kənd tam orta məktəbini bitirmişəm . 80-dən çox sualı yazdım. Ən çətin gələn fizika və kimya oldu”.



Oruc tutan Afət Xaşalova:
“Səbail rayonu 236 saylı orta məktəbin məzunuyam. Ən son sınaqdan 395 bal toplamışdım. 125 sualdan 105-ni yazdım. Mənə C variantı düşmüşdü. Fizika, riyaziyyat və açıq suallar çətin idi. Ən asan Azərbaycan dili idi.”

Tünzalə Əlizadə: “Saylan rayonu Yenikənd kənd orta məktəbini bitirmişəm. 90-a yaxın suala cavab yazmışam. Fizika və ingilis dili çətin idi. Azərbaycan dilini yaxşı yazdım. Sonda çıxmağıma baxmayaraq, “kitabça”nı bizdən aldılar”.









Rüfanə GÜNƏŞ
Rafiq QƏNBƏROV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir